|
[ Sayta qoyulub: 00:28 09.01.2008 ]
* Yanvar ayının 5-də Birliyin sədri Tənzilə Rüstəmxanlı Türk Dünyası Araşdırmalar Vəqfinin başqanı Turan Yazqan tərəfindən Vəqfin Azərbaycandakı fəaliyyətinin genişlənməsindəki yardımına görə diplomla ilə təltif olunub;
* Yanvar ayında kimsəsiz uşaqlara baş çəkilib, sovqat aparılıb;
* Fevral ayında qaçqınlarla görüş keçirilib;
* Mart ayında Qərbi Azərbaycandan didərgin düşmüş xanım soydaşlarımızla görüş olub;
* May ayının 5-də Birliyin sədri Türk Dünyası Araşdırmalar Vəqfinin başqanı Turan Yazqan tərəfindən Azərbaycan və Türkiyə arasında əlaqələrin istiləşməsi yönündəki fəaliyyətinə görə diplomla təltif olunub;
* İyun ayının 5-də "Qadın və Cəmiyyət; analıq duyğusu VƏ mənəvi aşınma" mövzusunda dəyirmi masa keçirilib; * İyun ayının 16-da təşkilat üzvləri ilə Quzey Kıbrıs Türk Qadınları Birliyinin nümayəndələri arasında görüş olub; * Sentyabr ayının 26-da təşkilat tərəfindən Sevil Piriyevanın "Ata yurdum Ahıska" kitabının təqdimat mərasimi keçirilib;
* Oktyabr ayının 15-də təşkilatın Suraxanı rayon şöbəsinin təsis olunması ilə əlaqədar tədbir keçirilib;
* Dekabr ayının 3-də təşkilatın Göyçay rayon şöbəsi yaradılıb
* Dekabr ayının 10-da təşkilatın Nizami rayon özəyinin yaradılması münasibətilə tədbir keçirilib;
* Dekabr ayının 15-də şair, ictimai xadim, millət vəkili Sabir Rüstəmxanlının yaradıcılıq gecəsi keçirilib.
|