|
[ Sayta qoyulub: 00:27 09.01.2008 ]
* 20 Yanvar şəhidlərinin anım günü keçirilib;
* Fevral ayının 3-də "Qafqaz qadınları barış uğrunda" adlı elmi nəzəri konfrans keçirilib;
* Fevral ayının 18-də "Natəvan" Klubunda Azəri-Türk Qadınlar Birliyinin təşəbbüsü ilə Elçin Əfəndiyev ilə gənc şairlərin görüşü keçirilib;
* Fevral ayının 25-də Azəri-Türk Qadınlar Birliyinin təşəbbüsü ilə "Millət-Din-Dövlət" mövzusunda tədbir düzənlənib;
* Birlik üzvlərinin fevral ayında Xocalı soyqırımının ildönümü ilə əlaqədar olaraq bu rayonun sakinləri ilə görüşü olub;
* Mart ayının 20-də Novruz bayramı ilə əlaqədar tədbir keçirilib;
* Mart ayının 23-də şair, publisist Fəridə Ləmanın yaradıcılıq gecəsi təşkil edilib;
* Aprel ayında Körpələr Evinə baş çəkilib və xəstə uşaqların müalicəsi üçün maddi yardım göstərilib;
* Aprel aynının 19-da Bakıda Türk Millətçi Partiyasının Qadınlar Təşkilatı ilə Azəri-Türk Qadınlar Birliyi arasında niyyət protokolu imzalanıb. Protokola hər iki təşkilatın sədrləri - Tənzilə Rüstəmxanlı və Gülsurə Elqız imza atıblar;
* İyun ayının 16-da ABŞ-ın ölkəmizdəki səfirliyinin bir qrup əməkdaşı ilə görüş keçirilib;
* İyun ayının 20-də təşkilatın Nəsimi rayon özəyi yaranıb;
* İyun ayının 28-də təşkilatın Yasamal rayon özəyi yaranıb;
* İyul ayında Mətbuat günü münasibətilə tədbir düzənlənib, bəzi jurnalistlər mükafatlandırılıb;
* Sentyabr ayında "Əsrin müqaviləsi"nin 6-cı ilinin tamam olması münasibətilə mərasim təşkil edilib, ölkə iqtisadiyyatı ilə bağlı fikirlər səslənib;
* Oktyabr ayının 18-də Müstəqillik günü münasibətilə mərasim olub;
* Noyabr ayının 24-də Birliyin təşəbbüsü ilə ölkəmizdə fəaliyyət göstərən xarici səfirliklərin nümayəndələri, tarixçilər, ziyalılar, KİV nümayəndələrinin iştirakı ilə "Saxtalaşdırılmış tarix, yaxud uydurma "Erməni soyqırımı" təzyiq vasitəsi kimi" mövzusunda dəyirmi masa keçirilib;
* Dekabr ayının 29-da təşkilatın Xaçmaz rayon özəyi təsis edilib;
* Dekabr ayının 31-də Həmrəylik günü münasibətilə tədbir keçirilib.
|