|
[ Sayta qoyulub: 00:23 09.01.2008 ]
* Yanvar ayında Birliyin elmi mərkəzi yaradılıb və fəaliyyət göstərməkdədir;
* Yanvar ayında Azərbaycan qadınlarının problemlərini əks etdirən, türk qadınının keçmişini təmsil edən və Azərbaycan qadınlarıın bugünkü durumundan bəhs edən "Xatun" jurnalının 2-ci sayı çapdan çıxıb;
* Fevral ayının 17-də Ağdamın Sancalı kəndində hərbçilərlə və hərbi səhra hospitalının həkim kollektivi ilə vətənpərvərlik mövzusunda Birliyin görüşü olub;
* Mart ayının 5-də Sumqayıt şəhərində Azəri-Türk Qadınlar Birliyinin Sumqayıt şöbəsinin təşəbbüsü ilə 8 Mart qadınlar bayramı münasibətilə 1200 nəfərlik toplantı keçirilib;
* Aprel ayının 2-də Birliyin Türkiyədə fəaliyyət göstərən özəkləri və üzvləri ilə bağlı 2 dəfə Türkiyənin Azərbaycandakı səfiri ilə görüş olub;
* Aprel ayının 16-da şair və tərcüməçi Tofiq Bayramın xatirəsinə və “Torpağın altı da mənə vətəndir" kitabının təqdimatına həsr olunmuş mərasim keçirilib;
* Aprel ayının sonunda Azərbaycanın görkəmli şairi Tofiq Bayramın Yazıçılar İttifaqı ilə birlikdə xatirə gecəsi keçirilib;
* May ayının 15-də yazıçı Ələviyyə Babayevanın kitabının təqdimat mərasimi keçirilib;
* May ayının 28-də Dünya Azərbaycanlılarının II Konqresində iştirak etmək üçün Birliyin sədri Tənzilə Rüstəmxanlı "Milli Dirçəlişdə Azərbaycan qadınının rolu" mövzusunda çıxış etmək üçün Amerikanın Vaşinqton şəhərindən dəvət alıb və Konqresin işində həmin mövzu ilə məruzə edib;
* İyun ayının 27-də təşkilat BMT İP-nin "Cender İnkişafda" qurumu ilə birgə Biləsuvar, Yardımlı, Masallı rayonunda "Qeyri-hökumət təşkilatlarının cender münasibətlərində vəzifələri" mövzusunda konfransı keçirilib;
* İyun ayının sonunda Azərbaycanın tanınmış jurnalisti Svetlana Nəcəfovanın 60 illik yubileyi münasibətilə təşkilatın Jurnalistlər Birliyi ilə birgə təntənəli görüş keçirilib;
* İyul ayının ortalarında "Sosial əmin-amanlıq zəminində qadınların rolu" mövzusunda İsraildə keçirilən beynəlxalq konfransda Birliyin idarə heyətinin üzvü Mələk Bayramova iştirak və çıxış edib;
* 10 noyabr tarixində təşkilatın Zaqatala rayon özəyi təşkil edilib;
* Həmin tarixdə təşkilatın Qax rayon şöbəsi yaradılıb.
|