Tənzilə Rüstəmxanlı
ANA SƏHİFƏ XƏBƏRLƏR QALEREYA QONAQ KİTABI ƏLAQƏ
  

  ƏSAS MENYU
  SAYTIMIZI PAYLAŞ!
  ARXİV
  TƏSADÜFİ ŞƏKİL
  FƏALİYYƏTİMİZ - 1997-ci il

[ Sayta qoyulub: 00:22 09.01.2008 ]  

* Fevral ayının 15-də Birliyin Sumqayıt bölməsi İdman və Gənclər Nazirliyi ilə birlikdə "Narkobiznesə qarşı mübarizə" mövzusunda geniş seminar keçirib;

* Mart ayında 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə Sumqayıt qadınları ilə görüş keçirilib;

* Aprel ayında BMT-nin Azərbaycandakı daimi nümayəndəsi Pavlo Lembonun yanında Qarabağın işğaldan azad olunmuş sahələrinin bərpasına həsr olunmuş simpoziumda Birliyin sədri təkliflər paketi ilə çıxış edib;

* Aprel ayının 18-də Füzuli rayonu ərazisində yerləşən N saylı hərbi hissədə görüş keçirilib, əsgərlərə Qurban payı verilib;

* May ayında Birliyin AH Məclisinin yığıncağında Kanadadan gələcək 14 nəfər qadının qarşılanması, yerləşdirilməsi ilə bağlı məsələlərə baxılıb, respublika prezidentinə müraciət edilib;

* May ayının 12-dən 22-dək Kanadadan gəlmiş xanımların iştirakı ilə Azərbaycanda ilk dəfə olaraq "Ümumdünya qadın hərəkatı və Azərbaycan qadınının problemləri" mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans öz işinə Rəşid Behbudov adına Mahnı Teatrında başlayıb. Azərbaycan Respublikası prezidentinin tapşırığı ilə konfransın işini Prezident Aparatının Humanitar Siyasət şöbəsinin müdiri Fatma Abdullazadə açıb. Tənzilə Rüstəmxanlı isə "Ümumdünya qadın hərəkatı və Azərbaycan qadınının problemləri" mövzusunda məruzə edib. Qeyd edək ki, kanadalı qadınlardan Merilin Eşbi, Meri Klad Riçard, Betti Fevreau və digərləri vətənlərinə döndükdən sonra Tənzilə Rüstəmxanlıya təşəkkür məktubları yazıblar. Onlar Azərbaycanda çox isti, mehriban qarşılanmalarından məmnunluq ifadə etmiş və Tənzilə xanımın təşəbbüsü ilə olduqları çadır şəhərciklərində yaşayan məcburi köçkünlərin problemlərini Kanadaya, o cümlədən dünya ictimaiyyətinə çatdıracaqlarını bildiriblər.

* İyul ayının 16-da Mərdəkan qəsəbəsində 2 saylı internat məktəbində ata-anasız uşaqlarla görüş keçirilib, Qarabağ müharibəsi nəticəsində yetim qalmış 33 qız uşağının Birlik tərəfindən himayəyə götürülməsi qərara alınıb. Görüşdə Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın xatirəsi anılıb, uşaqlara maddi yardım edilib;

* İyul ayının 29-da respublika prezidenti Heydər Əliyevə həsr olunan "Qayıdış" və "Müstəqilliyimiz ədədidir" kitabları Sumqayıt ictimaiyyətinin iştirakı ilə müzakirə edilib. Yığıncaqda Sumqayıt İcra Hakimiyyəti nümayəndələri də olub. Birliyin sədri konfransı açaraq kitabların tarixi əhəmiyyətindən və qadın təşkilatları arasında ilk dəfə məhz Azəri-Türk Qadınlar Birliyində müzakirə edildiyindən danışıb. Çıxışlarda Heydər Əliyevin siyasi təfəkkürünün məhsulu olan kitablar yüksək qiymətləndirilib;

* Avqust ayının sonunda Naxçıvan bölgə təşkilatı yaradılıb;

* Sentyabr ayının 20-də İngiltərə və Çin birgə xeyriyyə cəmiyyətinin prezidenti Korolina Kennedi ilə görüş keçirilib, birgə iş planı hazırlanıb, o cümlədən Mərdəkan internat məktəbində oxuyan 33 yetim qızın gələcək taleyinin təminat məsələləri razılaşdırılıb;

* BMT-nin İnkişaf Proqramı çərçivəsində Azərbaycan "Cender İnkişafda" qurumunun təqdim olunma mərasimi keçirilib;

* Noyabr ayının 4-də Türkiyənin İstanbul şəhərində qadın problemləri ilə bağlı keçirilən konfransda Birliyin sədri Tənzilə Rüstəmxanlı "Ümumdünya qadın hərəkatında türk qadınlarının rolu" mövzusunda çıxış edib və Türkiyənin "Samanyolu" televiziyasında 30 dəqiqəlik Azərbaycan qadınlarının problemləri ilə bağlı canlı efirdə məruzə edib;

* Dekabr ayının 13-də yazıçı Xalidə Hasilovanın ildönümü ilə bağlı xatirə gecəsi təşkil edilib;

* Dekabr ayının 31-də Saatlı rayonunda yerləşən çadır şəhərciyində görüş keçirilib və orada məskunlaşan məcburi köçkünlərə yeni II sovqatı aparılıb, hər ailə üçün maddi yardım göstərilib.

 
Çap variantı  Dosta göndər