|
[ Sayta qoyulub: 00:20 09.01.2008 ]
* Dünyada eyni məqsədi daşıyan qadın təşkilatlan və ya xarici ölkələrdəki Azərbaycan dərnəklərinin qadın qolları ilə əlaqələr yaradılması işinə başlanıb və Türkiyə, İran, Almaniya, Hollandiya, Kanada kimi ölkələrlə bu cür əlaqələr yaradılıb;
* Azərbaycanın digər qadın təşkilatlan ilə birgə iş planı tutub və Birlik həmin təşkilatların Məclisinə qoşulub;
* Birliyin "Xatun" jurnalı təsis edilib;
* Birliyin yığıncaq və konfransları ardıcıl olaraq keçirilib, görülən işlər barədə mətbuatda məlumatlar dərc edilib; * Birlik respublikanın ictimai-siyasi həyatında yaxından iştirak edib.
* Mart ayında Pirküşküldə əsgərlərlə vətənpərvərlik mövzusunda görüş keçirilib, Birlik üzvlərinin şəxsi vəsaiti hesabına əsgərlərə Novruz sovqatı paylanıb, respublikamızın tanınmış yazıçı və mədəniyyət xadimlərinin hərbçilər qarşısında çıxışları təşkil edilib;
* Aprel ayında Saatlı, Sabirabad, Beyləqan, Biləsuvar rayonlarında yerləşən çadır şəhərciklərində dəfələrlə qaçqınlarla görüş keçirilib, onlara yardım edilib;
* May ayında keçirilən konfransda respublikamızdakı ictimai-siyasi vəziyyətlə bağlı Azərbaycan prezidentinə və dünyada yaşayan soydaşlarımıza müraciətlər qəbul edilib. Bu müraciətlər respublika qəzetlərinə göndərilib;
* İyul ayında Birliyin sədri Tənzilə Rüstəmxanlı Kanada Azərbaycanlıları Milli Federasiyasının dəvəti ilə Torontoda olub. Həmin ayın 30-da orada "Kanada-Azərbaycan Qadınlarının Beynəlxalq Klubu" yaradılıb. Kanadanın bir sıra tanınmış qadınları bu klubun üzvüdür;
* Avqust ayında Türkiyənin İzmir şəhərində türk xalqlarının, xüsusən Balkan, Ural, Mərkəzi Asiya türklərinin Türkiyədə fəaliyyət göstərən 16 təşkilatın nümayəndələri qarşısında Birliyin və Azərbaycan qadın təşkilatlarının işi, Azərbaycan qadın hərəkatının ümumi vəziyyəti barədə ətraflı məlumat verilib, bu təşkilatlarla əlaqələr yaradılıb;
* Dekabr ayında Birliyin Sumqayıt bölməsi təsis edilib. Bölmə şəhərdə tez-tez çeşidli tədbirlər keçirir.
|