Tənzilə Rüstəmxanlı
ANA SƏHİFƏ XƏBƏRLƏR QALEREYA QONAQ KİTABI ƏLAQƏ
  

  ƏSAS MENYU
  SAYTIMIZI PAYLAŞ!
  ARXİV
  TƏSADÜFİ ŞƏKİL
  FƏALİYYƏTİMİZ - 2007-ci il

[ Sayta qoyulub: 01:34 05.02.2008 ]  

Yanvar

Cəmiyətin üzvlərinə və bir çox imkansız ailələrə qurban payı paylanılıb.

Fevral

ATQB-nin sədri T. Rüstəmxanlı Türkiyənin Yalova səhərində “Xocalı soyqırımı” ilə bağlı Konfransda iştirak edib. Həmin konfransda Tənzilə Xanim bunları söyləmisdir(Çıxış Türkiyə türkcəsindədir):[/b]

'Hocalı soykırımı medeniyetin yüzkarasıdır. Azerbaycan´ın çok ciddi Dağlık Karabağ sorunu var. Ermeni işgali altında 1 milyona yakın göçmeni var. Kendi memleketinde evinden eşinden yurdundan ayrı düşmüş. Ve bunun yüzde ellisinden fazlası kadın. Bunların sesini duyurmalıyız. Bugün insan haklarından bahseden Avrupa ´ya Amerika´ya, burada da yaşayanlar insan ve onların hakları gözgöre göre bozuldu demek ve bunu görmelerini sağlamak için faaliyetlerde bulunduk. 15 sene önce Hocalı gibi dünyanın, milletin, medeniyetin, beşeriyetin yüzkarası olan bir deprem yaşandı, soykırım yaşandı. Orada ölenlerin çoğu kadınlar ve çocuklardı. Aslında tüm savaşlarda herzaman en mağdur duruma düşen kadın olur. Ve Hocalı katliamı dünyanın gözü önünde başverdi. Hiç kimse sesini çıkarmadı. Bu katliamı yapan başında duran Koçaryan bugün Ermenistan´ın cumhurbaşkanı. Ve o katliamda bulunan Koçaryan cumhurbaşkanı olarak seçildi. Dünya bunu biliyor. Ama sadece seyirci. Neden ? Çünkü işgal edilen Karabağ bir Türk toprağı ve Hocalı´da özbe öz Türk ve katliam Türk´e yapıldı. Ama sözde Ermeni soykırımı meselesini Türkiye´nin önüne şart olarak koyuyorlar. ´Ya bunu tanıyacaksın, sonra Avrupa Birliği´nin kapısı sana açılacak´ diyorlar. Ermenistan´la sınırları açacaksın diyorlar. Ama hiç kimse Ermenistan´a ´Nasıl olur, Sen Azerbaycan´ın bu kadar toprağını işgal ediyorsun. Bu kadar insanları mahvediyorsun´ demiyor. Karabağ savaşında binlerce insan şehit oldu. Bunların hakkı, insan hakkı değil mi ? Ve Doğu Anadolu´da toprak isteğinde ermenistan devleti. Ermenistan denilen o devletin kurulduğu toprak Azerbaycan toprağıdır. Karabağ´da bulunan tarihi eserler, mimari eserler hep yokedildi.Kabir taşlarını yok ettiler. İnsanların kabirlerine varıncaya kadar yokettiler. Çünkü kabir taşları bir tarihin simgesidir. Tarihimizi yok etmek için onu bile sildiler. Biz bunlara bakarak ve görerek bir kadın hakkından konuşamadık. Bizim milletimizin hakkı yeniyor. Bugün Kerkük´te hakkı yenilen benim soydaşımdır. Ben eğer onun acısını yüreğimde hissetmiyorsam bir millet olarak birarada olmadığımızı düşünürüm. Kıbrıs´ın acısı da benim acımdır. Karabağ eğer bütün Türk dünyasının sorunu olmamışsa, demek ki biz bir adım ileri gitmemişiz. Türkiye türkümüzün bunu bilmesi lazım. Türkiye Türk´ünün Karabağ´ı kendi yurdu bilmesi lazım. Ve orada yaşayan Türklerden de sorumlu olması lazım. Bizim derdimiz bu”.

Mart

Azəri- Türk QadınlarBirliyin “31 Mart 1918-ci il Ermənilərin Azərbaycan Türklərinə qarşı təşkil etdiyi Soyqrım” mövzusunda beynəlxalq konfans təşkil etmişdir. Konfransda Azərbaycanın, Türkiyənin və KKTC-nin millət vəkilləri, elm adamları, siyasilər istirak etmişdir.
Aprel

ATQB-nin sədri T.Rüstəmxanlı Erciyez Universitetinde uydurma ermeni soyqırı ilə bağlı keçirilən konfransda teşkilatçı kimi iştitak etmisdir.

May

Azəri-Türk Qadınlar Birliyi ənənəvi olaraq hər il 3 May “Türk Şöləni” adlı mərasim keçirir. Bu ildə həmin mərasimin geniş miqyasda keçirilib. Mərasimdə Türkiyədən dəvət olunmuş millət vəkilləri və aydınlar da iştirak ediblər.

İyul

ATQB-nin sədri T.Rüstəmxanlı iyulun 7-də Almaniyanın Köln şəhərində Dünya Azərbaycanlıları Konqresinin 9-cu qurultayında istirak edib. T.Rüstəmxanlı orada Turk dünyası üzrə müşavir seçilmişdir.

İyul ayında “Azər-Türk” Qadınlar Birliyi İslam və qeyri-islam təmayüllü dini təriqətlərin Azərbaycanda geniş şəkildə zərərli fəaliyyət göstərməsilə bağlı tədbir keçirdi. Birliyin sədri Tənzilə Rüstəmxanlı bildirdi ki, Azərbaycanın müxtəlif bölgələrində dini icmalar insanların hisslərindən öz məqsədləri üçün istifadə edirlər.

Birlik sədri dedi ki, dini təriqətlərin geniş şəkildə təbliğatı Azərbaycanda təhlükəli nəticələrə gətirib çıxarıb: “Bu gün ölkəmiz təriqətlərin savaş meydanına çevrilib. Azərbaycanın təhsilinin çox böyük qismi bu gün həmin təriqətlərin əlindədir. Dünən (srağagün) Şeyxlə də bu mövzu ilə bağlı söhbətimiz oldu. O belə bir ifadə işlətdi: ”qalstuklu mollalar". Bu gün həmin “qalstuklu mollalar” elmi şəkildə Azərbaycan təhsilini ələ keçirib. Dini təriqətlər hakimiyyət strukturlarında da öz adamlarını yerləşdiriblər. Azərbaycanda onları dəstəkləyən çoxlu millət vəkilləri, məmurlar, təşkilatlar var. Neçə illərdir azərbaycançılıq üçün çalışan qurumlar dövlət qeydiyyatından keçə bilmir, amma həmin təriqətlərin dəstəklədiyi qurumlar bir həftənin içində status alır. Təəssüf ki, bu gün bizi narahat edən məsələnin qaynağı əsasən qardaş Türkiyədən gəlir. Bu dini qurumların məqsədi 2008-ci ildə seçkilərə nüfuz etmək və 2013-cü ildə hakimiyyəti ələ keçirməkdir. Azərbaycanda onların çox güclü dayaqları var, özlərinə böyük gəlir gətirən şirkətlər və digər biznes strukturları qurublar. Bununla bağlı MTN-ə və ölkə başçısına müraciət etmişəm”.

Bu istiqamətdə Türkiyə qaynaqlarında araşdırma apardığını bildirən məruzəçi, Azərbaycan Dinşünaslar Birliyinin sədri, “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər xristian missoner təşkilatları və qeyri-ənənəvi İslam yönümlü missioner qurumların təhlükəli fəaliyyətindən danışdı: “Avropada qəbul edilməyən xristian sektalar Azərbaycanda geniş fəaliyyət göstərir. Bu gün biz Azərbaycanı işğal etmək istəyən böyük bir şəbəkə ilə üz-üzəyik. Onlardan biri də Fətullah Gülənin tərəfdarları olan fətullahçılardır. İkincisi, nur hərəkatçıları olan Mustafa Sunqur cərəyanı, üçüncüsü isə kürd nəqşibəndi dərgahının nümayəndələridir. Bu gün Azərbaycanda təhsil müəssisələri arasında ən bahalı məktəblər Fətullah Gülənin rəhbərliyində olanlardır”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov isə sadalanan faktlardan dini komitənin xəbərdar olduğunu vurğuladı: “Digər təriqətlərin dövlət üçün təhlükəsi sözügedən təriqətlərin fəaliyyətindən heç də az deyil. Bütün bu məsələlərdən dini komitənin xəbəri var, müəyyən işlər görülüb ki, bu mətbuata çıxarılmır.”

Millət vəkili Nəsib Nəsibli Azərbaycanda dini təriqətlərin aktiv fəaliyyətinin səbəblərini araşdırmağa diqqət yönəltdi: “Niyə ”Çağ" məktəbləri Azərbaycanda bu qədər populyardır? İllik təhsil haqqı, səhv etmirəmsə, 4 min dollardır. Amma insanlar ora növbəyə durur, çünki Azərbaycan təhsil sistemi çöküb. Yoxsulluq səviyyəsi çox aşağı olduğu üçün dini təriqətlər, xüsusən vəhabilik bu qədər təşəkkül tapıb. Odur ki, bu məsələlərin səbəbini araşdırmalıyıq. Qafqaz Müsəlmanları Ruhani İdarəsi daha çox siyasətlə məşğuldur, mənəviyyatla məşğul deyil, buna diqqət etməliyik".

Millət vəkili Gülər Əhmədova gənclərimizin müəyyən təriqətlərin təsiri altına düşməsinə diqqət çəkdi.

Deputat Sabir Rüstəmxanlı müxtəlif ölkələrdə təhsilə cəlb edilmiş gənclərdən söz saldı: “Bu gənclər müxtəlif ölkələrin siyasətini Azərbaycana gətirsə, ölkəmizin vəziyyəti necə olar? Türkiyədə imam Xətib məktəblərində gənc tələbələrdən tələb olunurdu ki, ”Quran"ı başdan-ayağa əzbər bilsin. Bu beyin hamballığı nəyə lazımdır?"

S.Rüstəmxanlının sonuncu fikirlərinə öz etirazını bildirən millət vəkili Pənah Hüseyn “Gənclər hansısa pis əməllərə cəlb olunmaqdansa, ”Quran"ın öyrənilməsinə cəlb edilir, bunun nəyi pisdir ki?" dedi.

QMRİ-nin nümayəndəsi Hacı Bəhruz isə orada səslənən fikirlərin tədbirin mövzusunu əhatə etmədiyini dedi: “Əsas mövzu qalıb bir tərəfdə, burada mollalar tənqid olunur. Fətullah Gülən ”20 yanvar" hadisələri vaxtı Azərbaycan xalqı üçün ağlamaqdan özündən getmişdi. Niyə narkomaniyanın Azərbaycanda hansı fəsadlar törətməsindən danışmırsız?" deyərək tədbiri tərk etdi.

T.Rüstəmxanlı isə F.Güləni “artist” adlandırdı.

Çıxış üçün söz alan millət vəkili Fazil Qəzənfəroğlu isə bütün bunlara səbəb kimi təhsilin aşağı səviyyədə olmasını göstərdi: “Hansı sahədə boşluq varsa, o sahəyə daha çox nüfuz olunur. Bu gün uşaqlara Hindistandan gətirilən vaksinlər vurulur. Buna Ermənistan razı olardımı? Səhiyyə Nazirliyi hara baxır? Təhsilin səviyyəsi çox aşağı olduğundan sözügedən məktəblər Azərbaycanda belə geniş fəaliyyət göstərir. Gərək təhsilin səviyyəsi yüksəlsin".

Sentyabr

Bakının Türk dünyasının fəxr etdiyi qəhrəman övladlarından olan Nuru Paşanın qoşunlarının 1918-ci ilin sentyabr ayının 15-də ermənilərdən azad etməsinin 89-cu ildönümü idi. Qəhrəman Türk-İslam Ordusunun komandanının müstəqil cümhuriyyətimizin paytaxtını erməni və digər qaranlıq güclərdən təmizləyərək, Bakını yenidən Azərbaycan Türklərinə qaytarması qədirbilən xalqımız tərəfindən hər zaman sayğı və ehtiramla qarşılanmışdır.

Azəri-Türk Qadınlar Birliyi bu böyük qəhrəmanlıq nümunəsinə etinasız qalmayıb və hər il bu günlə bağlı müxtəlif tədbirlər keçirmişdir. Bu dəfə də Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı ənənəsinə sadiq qalaraq, bu tarixi günlə bağlı möhtəşəm tədbirlər həyata keçirdi.

Bu məqsədlə Türk Dünyasını təmsil edən və Türkiyədə fəaliyyət göstərən Türk Dünyası Gənclik Topluluğunun (TDGT) üzvü olan 25 gənc də bu tarixi günü qutlamaq üçün Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı tərəfindən Azərbaycana dəvət olundu. Türk Dünyası Gənclik Topluluğunun başqanı Onur Nurelin rəhbərliyi ilə ölkəmizə gələn gənclər arasında Mahmud Kaşğarlının nəslindən olan Kamal Mahmud Kaşğarlı (Şərqi Türküstan), Türkiyədən Ahmet Kaş (Türk Dünyası Gənclik Topluluğu), Şükran Bayar (Türk Dünyası Gənclik Topluluğu), İlter Kuzuçu (Muğla Universiteti başqanı), Emrah Burak Çavuşoğlu, Murat Bayar (Türk ocaqları), Eminə Bayar (Türk ocaqları), İsmail Güler, Adem Varişli, Bilge Serin Çelik, Sevda Kuşadalı, Makedoniyadan Enes İbrahim (Makedoniya Türk Demokrat Partiyasının nümayəndəsi), Bolqarıstandan Xədicə Şaban, Qərbi Trakyadan Fatma Sefer, Axıskadan Axıska Tələbələr Birliyi başqanı Ümid Züfer və Rüstəm Əliyev, Qazaxstandan Assemgül Zhumagulova, Qırğızstandan Kurbanbek Mamytov, Quzey Kıprıs türk Cümhüriyyətindən Ayhan Bıçaqlı (Güzelyurt Sanat Dərnəyi) və Hüseyn Əmiroğlu, Kosovadan Nəcməddin Yeta və Alpay İğçi, habelə Azərbaycanda Sezen İsmayıl, Şirazi Əliyev, Ramin Jəfərov və Rəşad İsgəndərov var idi.

Sentyabr ayının 15-i səhər saat 12-də Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının rəhbərliyi ilə həmin gənclər və digər qonaqlar Şəhidlər Xiyabanına gedərək ölkəmizin müstəqilliyi uğrunda həm 20-ci əsrin əvvəllərində, həm də əsrin sonlarında canından keçmiş şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleslərini ziyarət etdilər. Şəhidlərin xatirəsinə ucaldılmış abidələri ziyarət edən qonaqlar abidə önünə əklil qoydular.

Tədbirdə tanınmış ziyalılar, siyasətçilər və gənclər iştirak edirdilər. Onlar arasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı, AKXCP-nin sədri Mirmahmud Mirəlioğlu, Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov, Dilarə Əliyeva adına Qadınlar Cəmiyyətinin həmsədri Xanım Xəlilova və müxtəlif türk ölkələrindən gələn qonaqların adlarını çəkmək olar.

Həmin günün axşamı Türkiyə səfirliyinin dəvəti ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən tədbirə qatılan gənclər sentyabr ayının 16-da Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstamxanlının rəhbərliyi ilə Bakıdakı Şəhidlər Xiyabanını ziyarət edən qonaqlar dünən Şamaxıda oldular.

20-ci əsrin əvvəllərində ermənilərlə döyüşdə həlak olmuş türk əsgərlərinin şərəfinə ucaldılmış abidəni və dağlar qoynunda yatan şərəfli türk məzarını ziyarət edən qonaqlar Şamaxıdakı şəhidlər xiyabanına da baş çəkdilər. Gənclər Azərbaycanın istər İkinci Dünya Müharibəsində, istərsə də Birinci Qarabağ Müharibəsində verdiyi şəhidlər barədə məlumat aldılar. Heydər Əliyev adına İdman Kompleksi ilə də tanış olan qonaqlar erməni terrorundan əziyyət çəkən Şamaxı məscidinə də baş çəkdilər. Daha sonra qonaqlar İcra Hakimiyyətinin məsul şəxsləri ilə də bir araya gəldilər. Görüşdə iştirak edən millət vəkili, Milli Azadlıq Hərəkatının liderlərindən Sabir Rüstəmxanlı Türkiyə-Azərbaycan əlaqələrinə dair çıxış etdi. Daha sonra çıxış edən Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstamxanlı və Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin həmsədri Xanım Xəlilova bu görüşün tarixi missiya daşıdığını bildirərək, türk gənclərinin yaxınlaşması üçün mühüm addım olduğunu vurğuladılar.

Sentyabr ayının 17-də isə gənclər Beynəlxalq Mətbuat Mərkəzində Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstamxanlı və Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin həmsədri Xanım Xəlilovanın təşkilatçılığı ilə jurnalistlərlə görüşdülər. Jurnalistlərin suallarını cavablandıran qonaqlar tədbirin sonunda bu böyük missiyanı həyata keçirən Tənzilə Rüstəmxanlıya və Xanım Xəlilovaya xatirə hədiyyələri verdilər.

Mətbuat konfransında Bakı Sonuc Qətnaməsi də oxundu. Qətnamədə göstərildi ki, Türk dünyasında rus dilinin önəmini itirməsindən sonra ingilis dilinin həmin boşluğu doldurmasının qarşısını almaq üçün ortaq türk dilinin formalaşdırılmasına və Türkiyə türkcəsinin digər türk dövlətləri tərəfindən rəsmi yazışma dili olaraq qəbul edilməsi, Türk dünyasındakı bələdiyyələrin arasında qardaş bələdiyyə protokollarının imzalanması, məktəblərarası əlaqələrin artırılması, Türk Respublikalarında Türk Dünyası ilə bağlı gənclik siyasətlərini gücləndirilməsi, İraqdakı Türkmənlərə yardım edilməsi, Ermənistanın Qarabağın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çəkilməsi və bir milyon azərbaycanlı qaçqının yurduna dönməsi, Balkan torpaqlarında Osmanlıdan qalma tarixi əsərlərin yox edilməsinin qarşısının alınması, Kosovada Türk dili probleminin həlli, Makedoniya, Qərbi Trakya və Quzey Kıprısdakı problemlərin həll edilməsi, Axıska türklərinin vətənlərinə dönüşünün əngəllənməsəsi, Şərqi Türküstandakı uyğur türklərinin hüquqlarının qorunması bu qurumun əsas tələbləridir. Daha sonra qonaqlar Diaspora Komitəsinin sədi Nazim İbrahimovla görüşən gənclər axşam Türkiyənin fövqəladə və səlahiyyətli səfiri Hüseyn Avni Qarslıoğlunun təşkil etdiyi iftar yeməyində iştirak etdilər.

Sentyabr ayının 18-də isə qonaqlar Azəri-Türk Qadınlar Birliyinin rəhbərliyi tərəfindən vətənlərinə yola salındılar.

Sonda onu da qeyd edək ki, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı türk dünyası gənclərinin Azərbaycan səfərinin gerçəkləşməsində göstərdiyi köməyə görə, TİKA rəhbərliyinə və Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin həmsədri Xanım Xəlilovaya təşəkkür edib.

Oktyabr

ATQB-nin sədri T.Rüstəmxanlı “Uydurma Erməni soyqırımı - təsir vasitəsi kimi” adlı mövzuda konfrans keçirdi. Konfrans 18 oktyabr 2007-ci il tarixdə, saat 13:30-da Beynəlxalq Mətbuat Mərkəzində keçirilmişdir.

ABŞ Konqresinin erməni yalanını tanımaq istemesinə etiraz əlaməti olaraq bəyanat qəbul edilmişdir(beyanat əlavə olunur).
AZERİ TÜRK KADINLAR BİRLİĞİNİN BEYANATI
ABD Kongresi temsilciler topluluğunun dış ilişkiler komitesi 10 Ekim 2007’de yaptığı toplantıda uydurma ermeni soykırımını kabul eden 106. maddeyi kabul etmiştir. Böylelikle Ermeni diasporasının baskıları altında dünya devletlerinin birbirinin arkasınca insan haklarına karşı haksızcasına çıkardığı kararlara ABD de eklenmiştir. 100 yıldan fazla Türkler özellikle Azerbaycan Türkleri Ermeniler onların muhtelif adlar altında kurdukları terör teşkilatları tarafından soykırıma maruz kaldıkları ve öz yurtlarından koparıldıkları halde dünya devletleri yinede teröristlerin “mazlum, kırılan halk olduklarını tasdiklemekte devam etmektedir

Halbuki Azerbaycan Türklerinin Ermenistan adlanan tarihi Azerbaycan topraklarından koparılarak 1 milyondan fazla soydaşımızın göçkün olduğu Ermenilerin Türklere karşı 1 asırdır etnik temizleme siyaseti yaptığı Uluslar arası hukuk kurallarına uymadığı malumdur. Azerbaycan Türklerinin 1905, 1918 1933 1947-53 yıllarından başlayarak 1988 ten bu güne kadar Ermeni – Rus işbirlikçileri tarafından Soy kırıma maruz kalmaları Quba,Bakü,Şamaxı,Naxcivan,Zengezur,İravan bütünlükte Doğu Azerbaycan toprakları ve İravanda Azerbaycanlılara karşı Ermenilerin yaptıkları vahşilikler,1992 de yapılan Hocalı Katliamı Hakkında , Dünya devletlerinin çok geniş bilgisi var. Ermenistanın Azerbaycana karşı arazi iddeası ve ülkemizin %20’den fazla toprağı işgal etmesi bu günümüzün gerçeğidir.

Uluslararası birlikler , işgalci bir devletin hayata geçirdiği vahşiliklere bakmayarak yine de uydurma Ermeni soykırımını tanımaya devam ediyorsa bu artık adaletin değil adaletsizliğin çifte standartın tezahürüdür.

Türklere karşı iki yüzlü siyasetin bir yenisi de ABD kongresi temsilciler topluluğu dış işleri komitesi hayata geçirdi. Uydurma Ermeni soykırımı iddeanamesinin kabul edilmesi sadece tarihi sahtekarlık ve yalana riyaya hak kazandırmakla kalmadı hemde ABD’nin dış siyasetindeki şahsi menfaatini gözler önüne sermektedir. Komitenin bu kararı hem Türkiyeyi hemde Bütün Türk Dünyasını baskı altında tutma niyeti güdmektedir ve bölgede insan hakları adalet, hakkı savunucu gibi güçlenmek ve tanınmak isteyen devletin adaletsiz kararı Tarihe leke ve büyük bir milletin haklarını ermeni yalanına kurban vermesi ABD nin saygınlığına büyük zarar verdiğini unutmaktadır.

Azeri – Türk Kadınlar birliği olarak ABD kongresi temsilciler topluluğu dış işleri komitesinin bu kararını eshefle kınamakta bunun sadece Türkiye – ABD değil hemde Azerbaycan – ABD ilişkilerine ciddi zarar vereceğini bildirmektedir.

ABD’nin BASKI MEKANİZMASI ÜSTÜNDE KURULAN DIŞ SİYASETİNE KARŞI OLDUĞUMUZU BİLDİRİYORUZ.

Tenzile Rüstemhanlı
Azeri-Türk Kadınlar Birliği Genel Başkanı
17 oktyabr


Tənzilə Rüstəmxanlının liderlik etdiyi 800 nəfərdən çox gənc Türkiyənin Azərbaycandakı səfirliyi önünə gedərək, terrora lənət oxudular

Türkiyəni qana boyayan terrora qarşı etiraz «Azər Türk» Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının liderliyi ilə Azərbaycanda davam edir. Bu gün də Tənzilə Rüstəmxanlı bazar günü olmasına baxmayaraq, 800 nəfərdən çox azərbaycanlı və türk tələbələrlə birlikdə «Azər Türk» Qadınlar Birliyinin mərkəzi qərargahından Bakıdakı Türkiyə böyükelçiliyinin qarşısına dəstək yürüşü etdi.

İcazəsiz olduğu üçün polisin müqavimətinə rast gəlsələr də, Tənzilə Rüstəmxanlının liderliyi ilə PKK terror təşkilatına və Türk düşmənlərinin əleyhinə şüarlar səsləndirən yürüş iştirakçıları səfirliyin önünə gələrək, burada «Azərbaycan Türkiyənin yanındadır!», «Terrora qarşı Türkiyəyə dəstək veririk!» və başqa şüarlar səsləndirdilər.

Noyabr

ATQB-nin sədri T.Rüstəmxanlı «Xural» qəzeti ilə bərabər «Azərbaycanda islam inqilabi mumkündürmü» adlı dəyirmi masa kecirdi.

Noyabr ayının 2-də Rəşid Behbudov adına Mahnı Teatrında Azəri-Türk Qadınlar Birliyinin təşkilatçılığı ilə “Kərkük gecəsi” adlı ədəbi-bədii gecə keçirilib. Kərkük və Azərbaycan sənətçilərinin iştirakı ilə keçirilən mərasimə Türkiyə, İraq və Kiprdən nüfuzlu şəxslər qatılıblar. Bu mərasimdə Avrasya Ekonomik İşbirliyi Dərnəyinin başqanı Hikmet Eren, Çağatay Akengin, Osman Eler, Mehmet Süha Uçar kimi tanınmış milliyyətçilər, o cümlədən İraq Türkmən Cəbhəsinin nüfuzlu liderləri qatıliblar. Bundan başqa, tədbirə qonaq qismində yazıçı Anar, bəstəkar Oqtay Zülfüqarov, Sabir Rüstəmxanlı və başqa mədəniyyət və incəsənət nümayəndələri qatılıb.

İştırakçılar Kərkük musiqi heyətinın Abdurrahman Kızılay, Mehmet Özbek, Turgay Coşkun, Ahmet Mustafa Yelden, Kamil Kaya, Hasan Tahsin Sümbüllü, Ertuğrul Coşkun, Ali Eroğlu, Veysel Ateş kimi tanınmış türkmən musiqiçilərdən ibarət ansamblını dınləyiblər. Bundan başqa türkiyəli sənətçi Əhməd Şəfəq və Azərbaycandan olan sənətçi Baloğlan Əşrəfov da çıxış edib.

Mərasim geniş miqyasda keçirilmişdir.

Noyabr ayında Türk Dövlət və Topluluqları Dostluq, Qardaşlıq və İşbirliyi Vəqfi tərəfindən Azərbaycanda keçirilən XI Türk Qurultayında ATQB-nin sədri Tənzilə xanim Turk dünyasının problemləri barədə çıxış etmişdir.

Dekabr

Dünya İnsan Haqqları günü münasibəti ilə 9 dekabrda Türkiyədə fəaliyyət göstərən və Ay-Ulduz Birliyi Platformunun üzvü olan 212 milli qeyri hökümət təşkilatı İstanbulun Qalata meydanından Taksim meydanına doğru yürüş keçiriblər. Həmin yürüşdə alınan qərara görə, 2008-ci il Qarabağ ili elan olunub və bu bir il ərzində keçirilən bütün toplantıların da ana mövzusu Qarabağ problemi olacaq. Həmin tədbirdə Azərbaycanı Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı təmsil edib.

Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı dekabr ayının 13-də Türkiyədə keçirilən ay-ulduz mitinqinin nəticələri ilə bağlı mətbuat konfransı keçirib. Onun sözlərinə görə, 2008-ci ilin Qarabağ ili elan olunması ilə bağlı Türkiyənin "Ay-Ulduz" Birliyinə üzv olan 212 Milli Qeyri Hökumət Təşiklatı tərəfindən qərar qəbul olunub.

Bu müddət ərzində Türkiyədə Azərbaycan həqiqətlərini dünya birliyinə çatdırmaq və Turkiyə ictimaiyyətinə tantmaq üçün bir sıra tərbirlər keçiriləcək. Xocalı soyqırımı, 31 mart soyqırımı, Qarabağın işğalı ilə bağlı kütləvi aksiyalar və Dəyirmi Masalar keçiriləcək.

Tənzilə xanım bu məsələdə əsas rol oynayan şəxslərdən birinin Türkiyə Böyük Hüquqçular Birliyinin başqanı Kamal Kerincsizin rolundan da danışdı və Azərbaycan hüquqşünaslarını Kamal Kerincsiz qədər milli davada aktiv rol oynamağa dəvət etdi.

Qeyd edək ki, toplantıda Azərbaycan Dinşünaslar Bİrliyini sədri, "Yeni Çağ" qəzetinin baş redaktoru Aqil Ələsgər, "Yeni Avrasiya" qəzetinin baş redaktoru Qafar Çaxmaqlı, "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı, "Ümid İşığı" Xeyriyyə Mərkəzinin Ofeliya Nəzərli, Qarabağ Azadlıq Təşkilatının rəhbər şəxslər və başqa qonaqlar iştirak edirdilər.

 
Çap variantı  Dosta göndər