Tənzilə Rüstəmxanlı
ANA SƏHİFƏ XƏBƏRLƏR QALEREYA QONAQ KİTABI ƏLAQƏ
  

  ƏSAS MENYU
  SAYTIMIZI PAYLAŞ!
  ARXİV
  TƏSADÜFİ ŞƏKİL
  Azəri-Türk Qadınlar Birliyinin 2008-ci il üzrə hesabatı

[ Sayta qoyulub: 01:45 25.12.2008 ]  

Tənzilə Rüstəmxanlının başçılıq etdiyi qurum bu ilin də ən aktiv təşkilatı oldu

Yanvar
- Azəri-Türk Qadınlar Birliyinin yeni internet saytı- www.tenzilerustemhanli.az istifadəyə verildi.
- Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Türkiyənin nüfuzlu "Avrasiya" TV (ART) kanalının da qonağı olub. Türkiyə və Azərbaycan aydınlarını narahat edən məsələlərlə bağlı fikirlərini bildirən Tənzilə xanımın çıxışı həmin gün ən çox izlənən verilişlər sırasına girib.


- Belçikadakı Türklərin xəbər qaynağı olan «Beltürk»ün aparıcı yazarı Şərifə Özdəmir Azəri Türk Qadınlar Birliyinin Avropa Nümayəndəliyinin rəhbəri təyin edilmişdir.
- Tənzilə Rüstəmxanlı «Gənc Liderlər» Təşkilatı tərəfindən ilin vətənpərvər təşkilat rəhbəri seçildi.

Fevral

- Tənzilə Rüstəmxanlı "San yarlığı" mükafatına layiq görüldü. Qeyd edək ki, 2000-ci ildə Türk Törə Ocağının Bilgələr Məclisi tərəfindən təsis edilən mükafat Azərbaycan və türk mənəvi dəyərlərinin yaşadılmasında xüsusi xidmətləri olan şəxslərə verilir.
- Türkiyənin tanınmış milliyyətçi müğənnisi Əhməd Şəfəq Azəri-Türk Qadınlar Birliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində gənclərlə görüş keçirdi.
- ATQB Türkiyənin Qazi Universitetində Xocalı soyqırımı ilə bağlı konfrans təşkil etdi. Ermənilərin vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca faydalı keçən konfransda Azəri-Türk Qadınlar Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı ilə Türk Tarix Qurumunun rəhbərliyinin rəhbərlik etdiyi konfransda Türkiyənin nüfuzlu elm və ictimai xadimləri də iştirak edərək, erməni vəhşilikləri ilə bağlı fikirlərini bildirdilər.
- Azəri-Türk Qadınlar Birliyinin Avropa nümayəndəliyinin təşkilatçılığı ilə Brüsseldə Xocalı soyqırımı ilə bağlı izdihamlı yürüş mitinq keçirildi.

Mart

- Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Türkiyədə ödülə layiq görüldü. Türk Dünyası Araşdırmalar Vəqfi Tənzilə xanımın erməni yalanına qarşı qətiyyətli mübarizəsini «Təşəkkür» plaketi və “Asena” heykəli ilə mükafatlandırdı.
- Azəri Türk Qadınlar Birliyi Novruz bayramı münasibəti ilə qaçqın və məcburi köçkünlərlə görüşdü.
- Azəri Türk Qadınlar Birliyi mart ayının 27-də, "Ambassador" hotelində 31 mart soyqırımı ilə bağlı beynəlxalq konfrans keçirdi. Konfransda Azərbaycanın rəsmi şəxsləri, millət vəkilləri, icimai-siyasi xadimləri ilə yanaşı Türkiyədən, Kuzey Kıprıs Türk Cümhuriyyətindən və Avropadan gələn tanınmış ictimai-siyasi xadimlər iştirak etdi.
- Azəri Türk Qadınlar Birliyinin rəhbərliyi Türkiyədən, Kuzey Kıprıs Türk Cümhuriyyətindən və Avropadan gələn qonaqlarla birgə Qubada tapılan toplu məzarları ziyarət etdi.
- Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Qarabağda kəskinləşən döyüşlərdə şəhid olan zabit və əsgərlərimizin ailəsinə dərin hüznlə başsağlığı verdi.

Aprel

- Azəri Türk Qadınlar Birliyinin konfransı Belçika mətbuatında işıqlandırıldı.

May

- Akademik Milli Dram Teatrında Azəri-Türk Qadınlar Birliyinin təşkilatçılığı ilə 3 may Türklük bayramı münasibətilə tədbir keçirildi. Tədbirdə ziyalılar, millət vəkilləri, Türkiyədən gəlmiş qonaqlar və başqaları iştirak ediblər. Mərasimdə çıxış edən ATQB sədri Tənzilə Rüstəmxanlı Türk dünyasının inteqrasiyasından, bayramın əhəmiyyətindən və türk dövlətlərinin bir məqsəd uğrunda birləşməsindən danışdı. Gecədə Türk xalq şairi Yavuz Bülent Bakiler, DAK və VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı, sabiq millət vəkili Abbas Bozyel, professor Çetin Elmas, türk müğənnisi Ahmet Şafak və digər nüfuzlu ictimai-siyasi xadimlər iştirak etdilər.
- ATQB Türkiyənin “Eurovizyon”da Ermənistana 10 xal verməsinə etiraz etdi.
- May ayının 4-də Azəri-Türk Qadınlar Birliyi Türkiyə Cümhuriyyəti Başbakanlığına bağlı TİKA ilə birlikdə “Qaçqın və imkansız ailələrin uşaqları üçün pulsuz kompyuter kursları” proyektinə start verdi.

İyun

- Köln Universitetinde Türk Universiteliler Dərnəyi (Türk-Ünid) və Almaniya Türk Tələbə Dərnəkləri birlikdə “Türk Birliyi və Qarabağ problemi” mövzusunda konfrans təşkil etdi. Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı universitet rəhbərliyinin, Türkiyədən və Avropanın başqa ölkələrindən gələn qonaqların və yüzlərlə tələbənin qatıldığı möhtəşəm konfransda çıxış etdi.
- Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Dünya Azərbaycanlıları Konqresinin (DAK) Almaniyanın Köln şəhərindəki “Ramada” otelində keçiilən X növbədənkənar Qurultayında qurultay nümayəndəsi olaraq iştirak etdi.
- Türkiyə Böyük Millət Məclisinin millət vəkili, Milliyyətçi Hərəkat Partiyasının rəhbərlərindən biri olan Atilla Kaya Azəri-Türk Qadınlar Birliyini ziyarət etdi.
- Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Yunan Kiprində yalançı erməni soyqırımına abidə qoyulmasına sərt etiraz etdi.

İyul

- Azəri-Türk Qadınları Birliyinin sədri Tənzilə Rüstəmxanlı Kuzey Kıprıs Türk Cümhuriyyətində Məclis başqanının dəvəti ilə 20 iyul Kıprıs Barış və Azadlıq bayramı ilə bağlı tədbirlərdə iştirak etmək üçün KKTC-də oldu. Başda KKTC cümhurbaşqanı Mehmet Əli Tələt olmaqla KKTC-nin bütün yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirən ATQB sədri KKTC Məclis başqanı Fatma xanım, Kırpıs Türk Qadın Şurasının başqanı Lətifə Bilgən, KKTC Qadınlar Birliyi Süheylə Küçüklə çox səmimi görüşlər keçirib və birgə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıb.
- ATQB sədri Tənzilə Rüstəmxanlı Kuzey Kıprıs Türk Cümhuriyyətində Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğanla görüşdü.

Avqust

- May ayının 4-dən etibarən Azəri-Türk Qadınlar Birliyi Türkiyə Cümhuriyyəti Baş Nazirliyinə bağlı TİKA ilə birlikdə həyata keçirdiyi “Qaçqın və imkansız ailələrin uşaqları üçün pulsuz kompyuter kursları” proyektinin birinci mərhələsini tamamlandı. kursu müvəffəqiyyətlə tamamlayanlara diplom və sertfikat verilib. Məzunlara diplomlar Azəri-Türk Qadınlar Birliyinin mərkəzi ofisində ATQB sədri Tənzilə Rüstəmxanlı tərəfindən təqdim edildi.
- Haber 7-nin yazarı Mehmet Fatih Öztarsu Tənzilə Rüstəmxanlıdan üzr istədi.

Sentyabr

- ATQB sədri Tənzilə Rüstəmxanlı Türkiyənin ən çox izlənən siyasi proqramlarından olan “Ceviz Kabuğu”nun qonağı oldu.
- Azəri-Türk Qadınlar Birliyi “Ambassador” otelində “Nuru Paşanın komandanlığında Qafqaz Türk-İslam Ordusunun Azərbaycanı erməni-bolşevik işğalından azad edilməsinin 90 illiyinə həsr olunmuş” elmi konfrans təşkil etdi. Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının açılış nitqini söylədiyi konfransda Türkiyə Fateh Universitetinin Tarix Fakultəsinin professoru Mehmet Çevik, Qazi Universitetinin professoru Çetin Almas, Türkiyənin Azərbaycandakı səfirinin mədəniyyət müşaviri Melda Aras, KKTC-nin Azərbaycandakı nümayəndəsi Zəki bəy, millət vəkilləri Fəzail Ağamalı, Fazil Qəzənfəroğlu, Gülər Əhmədova, QAT sədri Akif Nağı, DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri İsmayıl Ağayev, MVP sədri Yunus Oğuz və digərləri iştirak edirdilər.
- Azəri-Türk Qadınlar Birliyi və Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyi Qafur Məmmədov parkında Nuru Paşa və Ənvər Paşayla bağlı geniş bayram tədbiri keçirdi.
- Azəri-Türk Qadınlar Birliyi Türkiyə Prezidenti Abdullah Gülün İrəvan səfəri ilə bağlı etiraz bəyanatı yaydı.

Oktyabr

- ATQB sədri Tənzilə Rüstəmxanlı Belçikaya səfər edib.
- ATQB sədri Tənzilə Rüstəmxanlı Belçikanın CD&V partiyasından olan türk əsilli federal millət vəkili Hilal Yalçın və Belçikanın Schaerbeek Bələdiyyəsinin türk əsilli başqan yardımçısı və əncüməni Sait Köse ilə görüşüb.
- ATQB sədri Tənzilə Rüstəmxanlı Belçikanın bərabər haqqlar naziri Brigitte Growelsi ziyarət etdi.
- Almaniya Türk Federasiyaları başqan yardımçısı Ufuk Sarıoğlu Tənzilə Rüstəmxanlını ziyarət etdi.
- Tənzilə Rüstəmxanlı Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdə həlledici qələbə çalması münasibətilə təbrik etdi.
- ATQB sədri PKK ilə mübarizədə şəhid olan Türk əsgərləri üçün qardaş ölkəyə başsağlığı verdi.

Noyabr

- ATQB sədri Tənzilə Rüstəmxanlı Türkiyə Böyük Elçiliyinin təşkil etdiyi bayram tədbirinə qatılıb.
- ATQB sədri Tənzilə Rüstəmxanlı Türkiyənin tanınmış siyasilərindən Gündüz Aktanın vəfatə münasibəti ilə MHP lideri Dövlət Baxçalıya başsağlığı verib.

Dekabr

- ATQB sədri Tənzilə Rüstəmxanlı MHP, CHP və DSP-dən olan bir qrup tük millət vəkilini qəbul edib.
- ATQB sədri Tənzilə Rüstəmxanlı Belçika senatında çıxış edib.
- ATQB sədri Tənzilə Rüstəmxanlı ermənilərdən üzr istəyənlərə qarşı sərt etiraz etdi.
- Azəri-Türk Qadınlar Birliyi Dünya Azərbaycanlıları Konqresi ilə birlikdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında “Təbriz gecələri” ədəbi-bədii gecə təşkil etdi.
- Azəri-Türk Qadınlar Birliyi sədri Tənzilə Rüstəmxanlı 31 dekabr Dünya Azərbaycanlılarının hmərəylik günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi.

 
Çap variantı  Dosta göndər