|
[ Sayta qoyulub: 00:31 09.01.2008 ]
* Yanvar ayının 30-da Nurəngiz Günün "Yol gedirəm" kitabının təqdimat mərasimi olub. Mərasimdə Birliyin sədri Tənzilə Rüstəmxanlı çıxış edərək N. Günün kitabının olduqca dəyərli şerlər toplusu olduğunu bildirib. Eyni zamanda, "Yol gedirəm"in ərsəyə gəlməsində xüsusi əməyi olan Birliyin əməkdaşları Heyran Əlişzadəyə və Günel Məmmədliyə təşəkkür edib;
* Fevral ayının 1-də Qurban bayramı münasibətilə tədbir düzənlənib;
* Birliyin sədri fevralın 27-29-da Almaniyanın Köln şəhərində keçirilən Dünya Azərbaycanlılarının VII qurultayında iştirak edib və məruzə ilə çıxış edib;
* Mart ayının 8-də tədbir keçirilib;
* May ayının 3-də Türkçülük günü münasibətilə bayram tədbiri düzənlənib. Bu münasibətlə İsrail, Yaponiya və Özbəkistanın ölkəmizdəki diplomatik korpusları, eyni zamanda DAK-ın MDB mərkəzinin rəhbəri Xanlar Abulov Birliyin sədrinə təbrik məktubları ünvanlayıblar;
* May ayının 21-də şair, ictimai xadim, millət vəkili Sabir Rüstəmxanlının şerləri əsasında çəkilmiş "Tanrı işığı" filminin təqdimat mərasimi keçirilib.
|