Tənzilə Rüstəmxanlı
ANA SƏHİFƏ XƏBƏRLƏR QALEREYA QONAQ KİTABI ƏLAQƏ
  

  ƏSAS MENYU
  SAYTIMIZI PAYLAŞ!
  ARXİV
  TƏSADÜFİ ŞƏKİL
  FƏALİYYƏTİMİZ - 2003-cü il

[ Sayta qoyulub: 00:30 09.01.2008 ]  

* Yanvar ayının 15-də Avropa otelinin "Bal Room" zalında Məlahət Rzayevanın Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə bağlı yazmış olduğu "Türkün bitməyən savaşı" adlı kitabının təqdimat mərasimi keçirilib;

* "İctimai Rəy" Araşdırmalar Mərkəzinin "Kontakt" qəzetinin informasiya dəstəyi ilə 2003-cü ilin yekunlarına dair 2003 respondent arasında keçirdiyi rəy sorğusuna görə Azəri-Türk Qadınlar Birliyi "İlin ictimai təşkilatı" nominasiyasına layiq görülüb;

* Fevral ayının 8-də Quzey Kıbrıs Türk Cümhuriyyətinə dəstək olaraq Kıbrıs təmsilçiliyi qarşısında icazəli mitinq keçirilib. Aksiya iştirakçıları tərəfindən bəyanat qəbul olunub;

* 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə "İnturist" otelində mərasim təşkil edilib və müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilib;

* Aprel ayının 16-da Azəri-Türk Qadınlar Birliyinin nəzdində olan "Ahıska Türk Qadınları Mərkəzi"nin Uşaq Folklor ansamblı "Adıgün" Quzey Kıbrıs Türk Cümhuriyyətinə "Çocuq festivalı"na gedəcək uşaqlarla vida görüşü olub;

* Mart ayının 25-də Birliyin sədri Azərbaycan KİV-nə bəyanat ünvanlayıb. Bəyanatda bildirilir ki, Türkiyə prezidenti Əhməd Necdət Sezərin Ermənistanın terrorçu, əli Azəri Türklərinin körpəsinin, qocasının qanına bulaşmış, Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, bir milyondan çox qaçqın və məcburi köçkünün səbəbkarı olan R. Köçəryanı ikinci dəfə prezident seçilməsi münasibətilə təbrik etməsi nəinki Birliyimizin üzvlərini, bütün Azəri Türklərini sarsıdıb və təhqir edib. Birlik Türkiyə prezidentinin bu hərəkətini çox pisləmiş və Azərbaycan türklərinə mənəvi terror kimi qəbul etdiklərini demişdir;

* Aprel ayının 4-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 31 mart Azərbaycan Türklərinin soyqırımı gününə həsr olunmuş rəsm sərgisi təşkil edilib;

* 3 may Türkçülük günü münasibətilə "Azərbaycan" otelinin "Binqo" zalında tədbir keçirilib;

* İyun ayının 3-də "M.P." Mərkəzi, "Qəzetlər qəzeti" və "İctimai Rəy" Araşdırmalar Mərkəzinin Azərbaycanın 9 rayonunda 28 May Respublika günüylə bağlı 2000 respondent arasında keçirdiyi sorğuya görə Azəri-Türk Qadınlar Birliyi "Ən yaxşı ictimai təşkilat" adına layiq görülüb;

* İyun ayının 20-də mərhum eks-prezident Əbülfəz Elçibəyin 65 illik yubileyinə həsr olunmuş "Tarının Türk Elçisi" kitabının təqdimat mərasimi olub;

* Aprel ayının 5-də Rusiya səfiri ilə Birliyin sədri arasında görüş keçirilib;

* Aprel ayının 6-da Polşa səfiri ilə görüş keçirilib;

* Aprel ayının 13-də Ukrayna səfiri ilə görüş keçirilib;

* Aprel ayının 18-də Yaponiya səfiri ilə görüş olub;

* İyul ayının 25-də "Azərbaycan" otelinin "Binqo" zalında Hasibe Şahoğlunun "Tuvaldeki duyğular" adlı kitabının təqdimat mərasimi keçirilib. Həmin tədbir Türkiyənin «Fəthiyə» qəzetində işıq üzü görüb;

* Sentyabr ayında "Dəcəllər" Uşaq Kukla Teatrının Valideyn Komitəsi və teatrın rəhbəri Zərifə Məmmədovanın xahişi əsasında teatrın nəzdində fəaliyyət göstərən rəqs dərnəyinin üzvləri üçün lazım olan geyimlər alınaraq teatra verilib;

* Oktyabr ayının 12-də Birliyin sədri Tənzilə Rüstəmxanlı Saatlı-1 çadır şəhərciyinin Bələdiyyə sədri Z. İbişov və Saatlı-1 çadır şəhərciyinin sədri, Füzuli rayon "Qozluçay" Xeyriyyə Fondunun sədrinin müavini A. Məmmədova tərəfindən Saatlı-1 çadır şəhərciyinin fəxri üzvü seçilib;

* Noyabr ayının 13-də Quzey Kıbrıs Türk Cümhuriyyətinin yaranmasının 20-ci ildönümünə həsr olunmuş mərasim keçirilib.

 
Çap variantı  Dosta göndər