|
[ Sayta qoyulub: 00:29 09.01.2008 ]
* İRAM-ın Bakı, Sumqayıt və Abşeron rayonları ərazisində 2001-ci ilin yekunlarına aid 1200 respondent arasında keçirdiyi rəy sorğusuna görə Tənzilə Rüstəmxanlı "2001-ci ilin qadını" adı ilə təltif olunub;
* 20 Yanvar şəhidlərinin anım günü qeyd edilib;
* Fevral ayında müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirilib;
* Fevral ayında Birliyin sədri Tənzilə Rüstəmxanlı Londonda fəaliyyət göstərən Ərənköy Mücahidləri Dərnəyi tərəfindən diplomla təltif olunub;
* Mart ayının 1-də Quzey Kıbrıs Türk Cümhuriyyəti və Türkiyə Cümhuriyyətindən gəlmiş nümayəndə heyəti ilə təşkilat üzvlərinin görüşü keçirilib;
* 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə Birlikdə tədbir keçirilib;
* May ayının 3-də geniş şəkildə ilk dəfə olaraq Türkçülük günü qeyd edilib;
* May ayında Azəri-Türk Qadınlar Birliyinin dəvəti ilə Quzey Kıbrıs Türk Cümhuriyyətindən bir qrup xanım Bakıda olublar. Onlar 1 həftə ərzində müxtəlif səpkili görüşlər keçirib, tədbirlərdə iştirak ediblər;
* İyun ayının 22-də Bəsti Əlibəylinin Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyə həsr olunmuş "Bizim kimi olmayan adam" kitabının təqdimat mərasimi keçirilib;
* Avqust ayının 21-də Yunis Oğuzun "Qədim Anadolu və Azərbaycan Türkləri" adlı kitabının təqdimat mərasimi keçirilib;
* Noyabr ayının 7-də Avropa otelinin "Ball Room" zalında "Azərbaycanın dövlət maraqlan və Milli Demokratik qüvvələrin məsuliyyəti" mövzusunda dəyirmi masa keçirilib;
* Dekabr ayının 3-də Azərbaycan Qadınlar Cəmiyyəti ilə birgə "Aktyor evi"ndə 3 dekabr - BMT-nin təsdiq etdiyi "Dünya əlil və kimsəsiz uşaqlar" gününə həsr edilmiş əyləncəli xeyriyyə marafonu keçirilib;
* Dekabr ayının 30-da Birliyin KİV nümayəndələrinə müraciəti olub. Müraciətdə deyilir ki, son zamanlar mətbuatda ağlasığmaz dərəcədə iyrənc və səviyyəsiz yazılara rast gəlirik. Belə yazılardan biri də "Həftə içi" qəzetində "Təmiz dünya" departamentinin sədri, hüquq müdafiəçisi Mehriban Zeynalova haqqında verilib. Həmin yazı müəllifindən qəzetin birinci səhifəsində Mehriban xanımdan üzr istəmək tələb olunub;
* Dekabr ayının 31-də "İctimai Rəy" Araşdırmalar Mərkəzinin Rusiyada nəşr olunan "Millətin qəzeti" ilə Azərbaycan (Bakı, Sumqayıt və Abşeron) və Rusiyada (Sankt-Peterburq, Yaroslavl, Nijni Novqorod və Moskva) 2002-ci ilin yekunlarma aid 2002 respondent arasında keçirdiyi rəy sorğusuna görə "2002-ci ilin vətənpərvəri" adı ilə təltif olunub.
|