|
[ Sayta qoyulub: 11:24 02.06.2010 ]
“İsrailin türk bayrağına və türk vətəndaşlarına qarşı sayğısızlığı, xüsusilə silahsız, insani yardım daşıyan insanlara qarşı qətliam törətməsi qəbul edilə bilməz”
2010-cu il mayın 10-nə keçən gecə blokada şəraitində yaşayan Qəzzaya, Türkiyənin təşkilatçılığı ilə humanitar yardım aparan yük gəmi karvanı İsrailin hərbi qüvvələri tərəfindən hücuma məruz qalıb. İsrail hərbi donanmasının bu acımasız basqını nəticəsində artıq 10 mülki vətəndaşın şəhid edildiyi, 50-yə yaxın insanın isə yaralandığı məlumdur. Azəri-Türk Qadınlar Birliyi İsrail hərbi donanmasının Qəzzaya yaxınlaşan humanitar yardım yüklü 6 gəminin yolunu kəsib, onlardan birinə-Türkiyə bayrağı altında üzən “Mavi Mərmərə” gəmisinə xüsusi təyinatlı dəniz piyadaları tərəfindən basqın etməsi hadisəsindən olduqca üzgün olduğunu bildirir.
Bu gün İsrailin silahsız, insani yardım aparan gəmilərə hücum etməsi qəbul edilə bilməz. Biz hesab edirik ki, İsrail tarixi yaddan çıxarmamalıdır. İsrail haraya hücum çəksə belə, ay-ulduzlu türk bayrağının dalğalandığı heç bir yerə düşmən məqsədi ilə yaxınlaşmamalıdır. İsrail dövlətinin yəhudi xalqının tarixindən azacıq xəbəri varsa, bilməlidir ki, tarix boyu bütün millətlər və dövlətlər tərəfindən qəbul edilməyən yəhudi xalqına yeganə dəstək məhz Osmanlı Dövlətindən və Türk xalqından gəlib. Bir ölkədən o birisinə qovulan yəhudi xalqı səadəti və hüzuru ay-ulduzlu bayrağın altında tapıblar. Tarix bunu söylərkən, İsrailin türk bayrağına və türk vətəndaşlarına qarşı sayğısızlığı, xüsusilə silahsız, insani yardım daşıyan insanlara qarşı qətliam törətməsi qəbul edilə bilməz.
Biz Azəri-Türk Qadınlar Birliyi olaraq, olayı şiddətlə pisləyir və canilərin ədalət məhkəməsi qarşısına çıxarılmasını, bütün əsirlərin tezliklə, vətənlərinə qayıtmalarını tələb edirik.
|