Tənzilə Rüstəmxanlı
ANA SƏHİFƏ XƏBƏRLƏR QALEREYA QONAQ KİTABI ƏLAQƏ
  

  ƏSAS MENYU
  SAYTIMIZI PAYLAŞ!
  ARXİV
  TƏSADÜFİ ŞƏKİL
  Tənzilə Rüstəmxanlı Bakı Atatürk Liseyində məzun törənində çıxış etdi

[ Sayta qoyulub: 19:17 30.05.2010 ]  

"Türk dünyasının canlı əfsanələrindən olan, Türk Dünyası Araşdırmalar Vəqfinin prezidenti Turan Yazğanın təşəbbüsü ilə fəaliyyət göstərən lisey gənc nəsilə türk millətini qarşılıqsız sevməyi öyrədir"

Bakı Atatürk Liseyində 11-ci siniflər üçün “Son zəng” keçirildi. Türk Dünyası Araşdırma Vəqfinin məktəbi olan bu təhsil ocağı 1992-ci ildən Bakıda fəaliyyət göstərir. Liseyin ilk məzun törəni 2000-ci ildə keçirilib. Yubiley “Son zəng”i Səməd Vurğun adına Rus Dram teatrında təşkil olunmuşdu. Mərasimdə liseyin şagirdləri, bu ilki məzunlar, onların valideynləri , Azərbaycanda fəaliyyət göstərən türk iş adamları, media təmsilçiləri iştirak edirdilər.


Məzunların hazırlayıb təqdim etdiyi mərasimdə olduqca maraqlı çıxışlar oldu. Məzun törəninə qatılan Türk - Azərbaycan Qadınlar Birliyinin sədri, Atatürk Liseyinin dəstəkçilərindən biri olan Tənzilə Rüstəmxanlı liseyin Azərbaycan təhsilinə gətirdiyi uğurlardan danışdı: “Türk dünyasının canlı əfsanələrindən olan, Türk Dünyası Araşdırmalar Vəqfinin prezidenti Turan Yazğanın təşəbbüsü ilə ölkəmizdə belə bir lisey fəaliyyət gösərir. Azərbaycan-Türkiyə arasında həyata keçirilən bir çox projeyə Turan hocamız özü rəhbərlik edib. Türk dünyası üçün olduqca önəmli olan bu insan bizə, gənc nəsilə türk millətini qarşılıqsız sevməyi öyrədib. Budur onun əkdiyi ağaclar artıq bar verir”.