|
[ Sayta qoyulub: 19:01 30.05.2010 ]
Rəsmi qonağı Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı müşayət edib
Mayın 23-də Belçika Senatının fəxri prezidenti Anna Mariya Lizin, Belçikanın ölkəmizdəki səfirliyinin nümayəndələri, millət vəkili Yevda Abramov və Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Qubada aşkar edilən kütləvi məzarlıqda olub.
RİYAD MEDİA-nın Şimal bölgə müxbirinin verdiyi xəbərə görə, Belçika Senatının fəxri prezidenti Anna Mariya Lizinə ermənilərin azərbaycanlılara və Qubada yaşayan digər xalqlara qarşı törətdiyi soyqırım barədə məlumat verilib.
Anna Mariya Lizin jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan öz həqiqətlərini dünyaya çatdırmaqda gecikib. Onun sözlərinə görə bu iş sürətləndirilməlidir və bu həqiqətlər dünyaya çatdırılmalıdır.O, deyib ki, Azərbaycan bu məzarlığa beynəlxalq ekspertlər dəvət etməlidir. Burada möhtəşəm soyqırım abidəsi ucaldılmalı və dünya ictimaiyyətinə burda baş verənlər barədə məlumat verilməlidir. Qonaqlar Qubada yəhudilərin yaşadığı qırmızı qəsəbədə də olublar.
|