Tənzilə Rüstəmxanlı
ANA SƏHİFƏ XƏBƏRLƏR QALEREYA QONAQ KİTABI ƏLAQƏ
  

  ƏSAS MENYU
  SAYTIMIZI PAYLAŞ!
  ARXİV
  TƏSADÜFİ ŞƏKİL
  Azəri-Türk Qadınlar Birliyi Belçikada gerçəkləşdirdiyi...

[ Sayta qoyulub: 04:11 14.05.2010 ]  

... beynəlxalq konfransın nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirib

Azəri-Türk Qadınlar Birliyi Belçikada “Müharibələrdə qadınların vəziyyəti: erməni və Azərbaycan qadınlarının dialoqu” mövzusunda keçirdiyi konfransın nəticələrinə həsr olunmuş mətbuat konfransı təşkil edib. ATQB sədri Tənzilə Rüstəmxanlı bu konfransa bir il hazırlıq aparıldığını deyib.


Belçikada olan erməni diasporunun konfransın keçirilməsinin qarşısını almağa çalışdığını deyən T. Rüstəmxanlı hətta konfransa 2 gün qalmış onun təxirə salındığını da vurğulayıb: “Belçika Krallığı Senatının qadın və kişi hüquqlarının bərabərliyi üzrə Məsləhət Şurasının sədri, senator Dominique Tilmans konfransın aparıcısı idi. O bildirdi ki, erməni tərəfi konfransa qatılmaqdan imtina edir və buna görə də konfrans baş tutmayacaq. Amma danışıqlardan sonra konfransı keçirməyə nail olduq”. T. Rüstəmxanlı konfransda ermənilərin Azərbaycan ərazilərini işğal etməsi, qaçqın və məcburi köçkünlərin vəziyyəti, insanların öldürülməsi, soyqırımına məruz qalması barədə məlumat verib.

O, konfransda erməni nümayəndələrinin yanlış məlumatlar verməyə çalışdıqlarını, lakin bunun qarşısının alındığını, Azərbaycan nümayəndələrinin çıxışlarının ermənilər tərəfindən aqressivliklə qarşılandığını vurğulayıb.

Tənzilə Rüstəmxanlı bu tədbirin baş tutmasına dəstək verən dövlət qurumlarına və ATQB-nin Avropa təmsilçisi Şərifə Özdəmirə dərin təşəkkürünü bildirib.

Qeyd edək ki, konfrans mayın 3-4-də BMT-nin müharibə bölgələrində qadınların sülh istəyi ilə bağlı qəbul etdiyi 1325 saylı qətnaməsinin 10-cu ildönümü münasibəti ilə təşkil edilib.

Mətbuat konfransında DAK həmsədri Sabir Rüstəmxanlı, QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndələri, ziyalılar və media mənsubları iştirak edirdi.