|
[ Sayta qoyulub: 14:28 06.05.2010 ]
Belçikanın "Beltürk" qəzetinin xəbərini buradan oxuya bilərsiniz
Konfransın fotoları Foto Qalereyadadır
Belçikanın paytaxtı Brüsseldə BMT-nın Təhlükəsizlik Şurasının “Münaqişəli bölgələrdə qadınların dialoqa qatılmasının artırılması” qərarının 10 illiyi münasibətilə Ermənistan və Azərbaycan qadın təşkilatlarının nümayəndələrinin görüşü keçirilib. Görüşdə “Azəri-Türk” qadınlar birliyinin sədri Tənzilə Rüstəmxanlı və İtkin düşmüş erməni yaxınları şurasının rəhbəri Rima Arakelyan bir araya gəlib.
Tənzilə Rüstəmxanlı erməni təşkilatının nümayəndəsi ilə görüşüb
Rüstəmxanlı çıxışında hər iki xalqın çəkdiyi əziyyətlərə diqqət çəkib
Azərbaycan tərəfini təmsil edən Tənzilə Rüstəmxanlı çıxışında həm erməni, həm Azərbaycan xalqlarının çəkdiyi əziyyətlərə və bu əziyyətlərə son qoyulması üçün qadınların daha fəal rol oynamalarına diqqəti çəkib. O, həmçinin Türkiyə-Ermənistan münasibətləri barədə də danışıb. “Bu münaqişənin həll edilməsi üçün Azərbaycan və Ermənistan tərəfi ortaq bir yol tapmalıdır. Minsk qrupu 18 ildir bunu həll edə bilməyib. Ancaq son iki ayda yeni bir hadisə olmuş və Minsk qrupu Madrid prinsiplərinin yenilənmiş halını hər iki tərəfə də təqdim edib. Azərbaycan bəzi maddələrdən məmnun qalamasa belə qəbul edib. Ermənistan da qəbul etsə münaqişə həll edilmiş olar və qalıcı, yeni döyüşlərə səbəb olacaq bir məsələ qalmamış olar. Bu olsa analar daha çox ağlamayacaq. Əlbəttə torpaqları işğal olmuş bir ölkənin qadınlarının nümayəndəsi olaraq burada olmaq, danışmaq asan deyil amma bunlara baxmayaraq mən hörmətli Arakelyanın ölkəmə gəlməsini çox istəyərəm. Yetər ki yeni münaqişələr olmasın. Dağlıq Qarabağdakı erməni qadınlar bizim vətəndaşımızdır mən onlarla eyni mühitdə onların dərdlərini paylaşmağı çox arzu edərəm”.
|