|
[ Sayta qoyulub: 17:40 19.04.2010 ]
Azəri-Türk Qadınlar Birliyinin sədri konfranslarda Azərbaycan-Türkiyə münasibətlərinə dair geniş məruzə edib
Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Türkiyədən işgüzar səfərdən qayıdıb. Aprel ayının 14-17-si arası gerçəkləşən səfər əsnasında Tənzilə Rüstəmxanlı Samsun və Amasyada mühüm görüşlər keçirib və 3 böyük konfransda iştirak edib.
Tənzilə Rüstəmxanlı Samsun Türk Ocaqlarının təşkilatçılığı ilə Samsun 19 mayıs Universitetində və Samsun Türk Ocaqlarında gerçəkləşən konfranslarda Azərbaycan-Türkiyə münasibətlərinə dair geniş məruzə edib.
Daha sonra Amasya Türk Ocaqlarının Amasya Spor Tesislərində təşkil etdiyi konfransda da məruzəçi kimi çıxış edən Tənzilə Rüstəmxanlı Qarabağ, Azərbaycan qaçqınlarının durumu və mövcud vəziyyətlə bağlı çıxış edib.
ATQB sədri səfər əsnasında Türk Ocaqlarının rəhbərləri və milliyyətçi cameə ilə bir araya gəlib.
|