Tənzilə Rüstəmxanlı
ANA SƏHİFƏ XƏBƏRLƏR QALEREYA QONAQ KİTABI ƏLAQƏ
  

  ƏSAS MENYU
  SAYTIMIZI PAYLAŞ!
  ARXİV
  TƏSADÜFİ ŞƏKİL
  Türkiyənin Mətbuat Şurası Tənzilə Rüstəmxanlını haqlı olduğunu təsdiqlədi

[ Sayta qoyulub: 07:59 28.08.2009 ]  

Qardaş ölkənin nüfuzlu qələm sahibləri “Star” qəzetinin ATQB sədri haqqında iftira yazdığına qərar verdi və qəzetə xəbərdarlıq etdi

“Azəri-Türk” Qadınlar Birliyi sədrinin Türkiyənin bəzi qəzetlərində dərc olunan əsassız və iftiralarla zəngin xəbərlərindən dolayı müraciət etdiyi Türkiyənin Mətbuat Şurası öz qərarını verib. Bu barədə xəbəri bizə ATQB sədrinin Türkiyədəki vəkili Abdullah Kiştin verib.


A.Kiştin bildirib ki, Türkiyə Mətbuat Şurası 19 avqust 2009-cu il tarixli, 2009/055 saylı qərarı ilə “Star” qəzetinin ATQB sədri Tənzilə Rüstəmxanlı haqqında dərc etdiyi yazının həqiqəti əks etdirmədiyinə, heç bir dəlilə söykənmədiyinə qərar verilmişdir.Türkiyə Mətbuat Şurası öz qərarında göstərib ki, “"Erməni sərhədinə bağlı müzakirələri bəhanə edərək Türkiyə əleyhinə kampaniya başladan Türk Azəri Qadınlar Birliyi Başçısı Tənzilə Rüstəmxanlının da Ergenekon şübhəliləri ilə əlaqəsi olan şəxslərin başında olduğu öyrənildi" şəklindəki ifadənin doğruluğunu göstərən heç bir sənədə yer verilməmişdir. Həmçinin Rüstəmxanlının Azərbaycan rəhbərliyinə çatdırıldığı iddia edilən siyahının başında yer aldığını təsdiq edən heç bir sənəd xəbərdə yer almadığından, bu məlumatın da rəsmi sənədlərdən yoxsul olduğu təsbit edilmişdir”.

“Bu səbəblərlə Mətbuat Peşə Qanunlarının "Araşdırılması jurnalistika imkanları içində olan xəbərlər, araşdırılmadan və ya doğruluğuna əmin olmadan nəşr oluna bilməz" şəklindəki altıncı maddəsini pozduğu üçün "Star" qəzetinə "xəbərdarlıq edilməsinə" yekdilliklə qərar verilmişdir”-deyə, vəkil bildirib.

Qeyd edək ki, Türkiyənin nüfuzlu jurnalistlərindən Oktay Ekşinin rəhbərlik etdiyi Türkiyə Mətbuat Şurasına qardaş ölkənin çox nüfuzlu jurnalistləri daxildur və bu qurum illərdən bəri Türk mediasında əsas söz sahibi olan media quruluşu olaraq, fəaliyyət göstərir.

Mətbuat Şurasına Kənan Axın, dr. Tamer Atabarut, sabiq müdafiə naziri Nevzat Ayaz, prof. dr. Süheyl Batam, “Anadolu” Agentliyinin müdürü dr. Helmi Bengi, UEFA-nın həmsədri Şenes Erzik, sabiq millət vəkili N. Kamal Şentürk, "Hürriyyət" qəzetinin yazı işləri müdürü Tufan Türenç və başqa tanınmış şəxslər daxildirlər.

Qərarla aşağıdakı link vasitəsi ilə tanış ola bilərsiniz:

http://www.basinkonseyi.org.tr/