Tənzilə Rüstəmxanlı
ANA SƏHİFƏ XƏBƏRLƏR QALEREYA QONAQ KİTABI ƏLAQƏ
  

  ƏSAS MENYU
  SAYTIMIZI PAYLAŞ!
  ARXİV
  TƏSADÜFİ ŞƏKİL
  Tənzilə Rüstəmxanlının möhtəşəm Türkiyə səfəri

[ Sayta qoyulub: 03:58 29.04.2009 ]  

Azəri-Türk Qadınlar Birliyinin sədrinin görüşləri ilə bağlı şəkillərə foto-qalereyada baxa bilərsiniz

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Türkiyə-Azərbaycan münasibətlərində yaşanan soyuqluğu aradan qaldırmaq və sərhəddin açılmaması üçün DAK həmsədri Sabir Rüstəmxanlı, QHT Şurasının sədri Azay Quliyev və Milli QHT Forumunun prezidenti Rauf Zeyni və bir qrup qadın millət vəkili ilə birlikdə Türkiyənin hökumət nümayəndələri və nüfuzlu siyasiləri ilə görüşlər keçirib. Bundan başqa T.Rüstəmxanlı Türkiyə səfəri zamanı onlarla media mənsubuna Qarabağ məsələsi ilə bağlı müsahibələr verib. Türkiyədə böyük əks-sədaya səbəb olan qadın millət vəkillərinin səfərini isə T.Rüstəmxanlı MHP-dən olan millət vəkili Şenol Balla birlikdə təşkil edib.


Tənzilə Rüstəmxanlı səfər əsnasında TBMM başqanı Köksal Toptan, Miliiyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalı, Cümhuriyyət Xalq Partiyasının başqanı Dəniz Baykal və başqa nüfuzlu şəxslərlə görüşərək, Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib.