Tənzilə Rüstəmxanlı
ANA SƏHİFƏ XƏBƏRLƏR QALEREYA QONAQ KİTABI ƏLAQƏ
  

  ƏSAS MENYU
  SAYTIMIZI PAYLAŞ!
  ARXİV
  TƏSADÜFİ ŞƏKİL
  Azəri-Türk Qadınlar Birliyinin möhtəşəm uğuru

[ Sayta qoyulub: 18:52 02.04.2009 ]  

Tənzilə Rüstəmxanlının dəvəti ilə Azərbaycanda rəsmi səfərdə olan xanım senator Tilmans Dominik Conardın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan rəsmiləri ilə mühüm görüşlər keçirərək, Azərbaycan həqiqətləri ilə tanış olub

Senator Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, milli təhlükəsizlik naziri, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, general-leytenant Eldar Mahmudov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və digər rəsmi şəxslərlə görüşüblər

Tənzilə Rüstəmxanlının başçılıq etdiyi Azəri-Türk Qadınlar Birliyinin Avropa təmsilçisi Şərifə Özdəmirin dəvəti ilə Belçika Krallığının senatoru, Belçika siyasətində öz dəst-xətti ilə tanınan xanım Tilmans Dominik Conardın başçılıq etdiyi rəsmi heyət Azərbaycanda bir sıra mühüm nazirliklərdə çox önəmli görüşlər keçirib. Görüş barədə ətraflı məlumat aşağıdadır.


Səfər zamanı belçikalı senatoru aşağıdakı şəxslər müşayət edib:

- Marion Lemesre (millət vəkili);
- Sandık Köksal (qrup başqanı, Belçika Sular İdarəsi başqanı).

Belçika Krallığının senatoru, xanım Tilmans Conardın rəhbərliyi altında Azərbaycana səfər edəcək nümayəndə heyəti 29 mart 2009-cu il, saat 18.00-da Azəri-Türk Qadınlar Birliyinin rəhbərliyi tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanıb.

Mart ayının 30-də, saat 10.00-da qonaqlar Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Mart ayının 30-da, Azərbaycan Respublikası Baş nazirinin müavini,Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşüblər.

Qonaqları Nazirlər Kabinetində qəbul edən Ə.Həsənov Azərbaycanın ağrılı problemi ilə bağlı ətraflı məlumat verilib.

Xanım Tilmans Dominik Conard Azərbaycanın son illərdə siyasi-iqtisadi və sosial sahədə əldə etdiyi uğurların heyrət doğurduğunu qeyd edərək, səfərləri çərçivəsində Dağlıq Qarabağ münaqişəsi barədə topladıqları obyektiv məlumatların, burada baş verən hadisələr və proseslərlə bağlı əsl həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılması işində ölkəmizə dəstəklərini əsirgəməyəcəklərini qeyd edib.

Daha sonra, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının dəvətilə Azərbaycana səfərə gəlmiş Belçika Krallığı Senatının Qadın, Kişi Hüquqlarının Bərabərliyi üzrə Məsləhət Şurasının sədri, xanım Tilmans Dominik Conardın rəhbərlik etdiyi nümayəndə heyəti milli təhlükəsizlik naziri, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, general-leytenant Eldar Mahmudovun qəbulunda olub. Görüşdə Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Azəri-Türk Qadınlar Birliyinin Avropa nümayəndəsi Şərifə Özdəmir və DAK həmsədri Sabir Rüstəmxanlı da iştirak ediblər.

Dövlət Komissiyasının sədri Azərbaycan ilə yaxından tanış olmaq, o cümlədən respublikanın mövcud reallıqları barədə ətraflı və obyektiv məlumat toplamaq məqsədilə ölkəmizdə səfərdə olan qonaqlara Azərbaycanın 1988-ci ildən etibarən Ermənistan tərəfindən təcavüzə məruz qaldığını və nəticədə bir cox fəsadla, xüsusən də humanitar problemlə, insanlıq əleyhinə cinayətlərlə, vandalizm aktları ilə üzləşdiyini bildirib. O, ölkədə həyata keçirilən demokratik-hüquqi dövlət quruculuğunun, məqsədyönlü sosial-iqtisadi islahatların, yaradılmış sabitlik və vətəndaş həmrəyliyinin Azərbaycanın əldə etdiyi uğurlar və bundan sonrakı uzunmüddətli inkişafı üçün zəmin yaratdığını söyləyib.

Nümayəndə heyəti həmçinin Heydər Əliyev Fondu ilə tanış olub. Heydər Əliyev Fondunun nümayəndəsi, millət vəkili Qənirə Paşayeva qonaqları qarşılayaraq, onları Azərbaycan Tarixi muzeyi ilə tanış edib.

Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin Xarici Əlaqələr Komissiyasının sədri Səməd Seyidovla görüşən belçikalı nümayəndə heyəti daha sonra Bakının tarixi abidələri ilə tanış olublar.

Axşam isə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Nümayəndə heyətinin şərəfinə ziyafət verilib.

Qonaqlar martın 31-də, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə görüşüblər.

Həmin gün, Azərbaycan Respublikası Diasporla is üzrə Dövlət Komitəsində mətbuat konfransı keçirərək, səfərin nəticələrini açıqlayıblar. Həmin tədbirdə Diaspora Komitəsinin rəhbərliyi də iştirak edib.

Axşam isə Azəri-Türk Qadınlar Birliyi tərəfindən nümayəndə heyətinin şərəfinə ziyafət veriib.

Aprel ayının 1-də isə qonaqlar Azəri-Türk Qadınlar Birliyinin rəhbərliyi tərəfindən Heydər Əliyev Beynəlxalq Hava limanından vətənlərinə yola salınıblar.

Səfərlə bağlı şəkillərə foto-qalereyada baxa bilərsiniz.