|
[ Sayta qoyulub: 01:25 17.03.2009 ]
Tənzilə Rüstəmxanlının liderliyi ilə keçirilən yürüş-mitinqdə qəbul edilən bəyanat Ermənistan səfirliyinə və Avropa Birliyinə verildi
Fevralın 26-da “Azəri-Türk” Qadınlar Birliyi Xocalı Soyqırımının 17-ci ildönümündə Brüsseldə sayca ikinci möhtəşəm yürüş-mitinqini keçirdi. Yürüşə “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, “Azəri-Türk” Qadınlar Birliyinin Avropa Təmsilçisi Şərifə Özdəmir və Brüsseldə yaşayan türk və azərbaycanlılar qatıldı. Azərbaycanın Belçikadakı səfirliyinin də böyük dəstəyi ilə keçirilən yürüş-mitinq Ermənistan səfirliyinə və Avropa Birliyinin mənzil-qərargahına Xocalı Soyqırımı ilə bəyanatın verilməsi ilə yekunlaşdı.
Yazı ilə bağlı şəkillər üçün www.tenzilerustemhanli.az saytının foto qalereyasına baxa bilərsiniz.
|