|
[ Sayta qoyulub: 17:44 01.05.2008 ]
Əhməd Şəfəq və Yavuz Bulent Bakiler bizimlə olacaq
Sabah Azərbaycan Dövlət Milli Dram Teatrında Azəri Türk Qadınlar Birliyi “Türk Şöləni” adlı ədəbi-bədii gecə təşkil edir. Türk Şölənində Azərbaycan və Türkiyənin tanınmış elm və mədəniyyət xadimləri iştirak edəcək. Tanınmış Türk xalq şairi YAVUZ BÜLENT BAKİLER və Türk müğənnisi ƏHMƏT ŞƏFƏQ də bizimlə bərabər olacaq. Tədbir saat 18.00-da başlayacaq. Giriş açıqdır.
|